Ötən ay Əfqanıstanda 71 koalisiya əsgəri ölüb

Təkcə ötən ay Əfqanıstanda 71 kolaisiya əsgəri ölüb.

Bu 8 illik müharibə dövründə bir ay ərzində ən böyük itgidi.

Onların əksəriyəti ABŞ və Britaniya əsgərləridi.

Amerika ordusu ötən ay Əfqanıstanda 41, Brritaniya isə 22 əsgər itirib.

BMT-nin məlumatına görə təkcə bu ilin yanvarından bu yana Əfqanıstanda tərədilmiş terror aktları və hərbi əməliyyatlarda 1013 dinc sakin ölüb ki, bu ötən ilin birinci yarısıyla müqaisədə 200 adam çoxdu.