Bağdadda 3 şiə məscidinın yanında partlayış baş verib

Bu gün Bağdaddakı məscidlərin yanındakı 3 bomba partlayışında 27 nəfər həlak olub, onlarla adam yaralanıb.

İraq polisinin verdiyi məlumata görə, bombalar şiə müsəlmanlarının məsciddən çıxdığı anda partlayıb.

Eyni vaxtda Bağdadın Şİmal-şərqində, cənubunda və mərkəzindəki 3 məscidin yaxınlığında partlayışlar baş verib.

Son aylarda İraqda bu cür hücumların sayı azalmışdı, ancaq bu ayın əvvəlində Amerika qoşunları İraq şəhərlərini təkr edəndən zorakılıq yenidən baş qaldırıb.

İyun ayında İraqda 300 iraqlı həlak olub. Bu son bir il ərzində ən yüksək göstəricidir.