Müşərrəfə qarşı prosesə məhkəmə razılıq vermədi

Pakistanın Ali Məhkəməsinin sədri İftixar Çaudri keçmiş prezident Pərviz Müşərrəfə qarşı prosesin başlanmasına icazə verməyib. Hakim deyib ki, bu, Ali Məhkəmənin səlahiyyətində deyil.
Belə bir prosesin tərəfdarı olan vəkil Həmid Xan öz iddiasını bununla əsaslandırır ki, Müşərrəf 1999-cu ildə hərbi çevrilişlə hakimiyyəti zəbt etmişdi, öz hakimiyyətini 2007-ci ilə kimi uzatmaqla isə konstitusiyanı pozmuşdu.