BMT Lubna Hüseynin müdafiəsinə qalxır

Şalvar geyindiyinə görə məhkəmə qarşısına çıxarılan Lubna Hüseyni BMT-nin baş katibi Ban Ki Mun müdafiə edib.
Keçmiş jurnalist Lubna Hüseyn həm də vaxtilə BMT-yə işləyib.
BMT-nin baş katibi Ban Ki Mun deyib ki, BMT öz işçilərini qoruyacaq: “Əlbəttə ki, mən dərindən narahatam. BMT öz işçilərinin haqlarını qorumaq üçün əlindən gələni edəcək. Bu məhkəmə insan haqları standartları əleyhinədir.”
Lubna Hüseyni 40 şallaq cəzası gözləyir.