Moldovada seçkilərdə müxalifət irəlidədir

Moldovada Bardar qəsəbəsində seçki məntəqəsi, 29 iyul 2009

Moldovada erkən parlament seçkilərində Qərb yönlü müxalifət partiyalarının qələbə qazanmaq şansı daha yüksəkdir.

Belə ki, iyulun 29-da keçirilən səsvermədən sonra səslərin 98 faizi hesablanıb və müxalifət partiyaları 50,8, hakim kommunistlər isə 45,1 faiz səs toplayıblar.

Aprelin 5-də Moldovada parlament seçkiləri keçiriləndə kommunistlərin qələbə qazandığı bildirilirdi, ancaq müxalifət seçkinin saxtalaşdırıldığını demişdi.

Həmin hadisədən sonra paytaxt Kişinyovda gənc nümayişçilər Prezident aparatı və parlament binasına hücum etmişdilər.