10 ildə Rusiyada yol hadisələrində 300 min adam ölüb

Son 10 ildə Rusiyada yol-nəqliyyat hadisələrində 300 min adam ölüb, 2 milyondan çox adamsa xəsarət alıb.

Bunu bu gün Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev televiziyayla xalqa müraciətində deyib.

O hüquq mühavizə orqanlarını yollarda haqq almağı dayandırmağa çağırıb, bildirib ki, istər polislər, istərsə də sürücülər yol hərəkəti qaydalarına riayət etməlidilər.