ABŞ-ın müdafiə naziri İraqa gedib

ABŞ-ın Müdafiə naziri Robert Qeyts İraqa qəfil səfər edib, səfər əvvəldən elan olunmamışdı.

Gözlənilir ki, nazir İraq şiələrini, sünni və kürd icmasını 2011-ci ilin sonunadək siyasi fikir ayrılıqlarını həll etməyə çağıracaq.

R. Qeytsin İraqın baş naziri Nuri əl-Maliki və Müdafiə naziri Andel Qadir Yassimlə danışıqlar aparacağı bildirilir.

ABŞ müdafiə naziri iki günlük səfər zamanı kürdlərin üstünlük təşkil etdiyi regionuna da səfər edəcək.

R. Qeyts bundan əvvəl İsrail və İordaniyada səfərdə olub.