Əfqanıstandakı son döyüşlər "böyük uğur"dur

Britaniya əsgərlərinin Talibana qarşı əməliyyatları böyük uğurdur. Britaniyanın Baş naziri Qordon Braun bu gün Talibanın Əfqanıstandakı bölgələrdən sıxışdırlması ilə bağlı əməliyyatlar haqda belə deyib.

Helmand əyalətindəki İyulun 20-də başa çatan bu əməliyyatlar zamanı çoxlu canlı qüvvə və texnika sarıdan itkilər verilmişdi. Britaniya mediası bu döyüşləri uğursuz adlandırıb, hökuməti tənqid edir.