Azərbaycana gətirilən minik avtomobillərinin sayı azalıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycana 31 713 ədəd minik avtomobili gətirilib.
Bu barədə «APA»ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ölkəyə gətirilmiş avtomobillərin ümumi dəyəri 213 milyon 503 min ABŞ dolları təşkil edib. Azərbaycana gətirilən avtomobillərin sayı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 18.2% azalıb.

2008-ci ilin yanvar-iyun aylarında Azərbaycana 37 486 ədəd minik avtomobili gətirilib.