Əfqanıstanda 3 əsgər həlak olub

Əfqanıstanın cənubunda partlayışda 2 Amerika, 1 Britaniya əsgər ölüb. Helmand vilayətində baş verən hadisə ilə bağlı NATO qüvvələri ətraflı məlumat verməyib.

Amerika qüvvələri 2001-ci ildən bu yana Helmand vilayətində Talibana qarşı genişmiqyaslı əməliyyat aparır. Əməliyyatda 4 minə yaxın ABŞ hərbçisi iştirak edir.

Hərbçilər regionda Talibanın zəif müqaviməti ilə rastlaşırlar.