Qırğızıstanda prezident seçkiləri keçirilir

İyulun 23-də Qırğızıstanda prezident seçkiləri keçirilir. Gözlənilir ki, Qumanbek Bakiyev yenidən növbəti 5 ilə prezident seçiləcək.

Seçkilərdə Bakiyevdən əlavə 5 namizəd də iştirak edir.

Qərb müşahidəçiləri onun 2005-ci ildə hakimiyyətə azad və ədalətli yolla gəldiyini bildirsə də, indi fərqli fikri sıxışdırmaqda ittiham olunur.

Qırğızıstan boyunca təhlükəsizlik tədbirləri gücləndirilib.