Havyer Solano Əfqanıstana gedib

Avropa Birliyinin (AB) xarici siyasət rəsmisi Havyer Solano Əfqanıstana səfər edib, prezident Həmid Kərzai ilə danışıqlar aparacaq.

AB-nin açıqlamasında deyilir ki, Solano Kərzainin gələn aykı seçkilərdə rəqiblərinin bəziləri ilə də görüşəcək.

Qurum prezident və əyalət şurasına keçirilən seçkilərə hazırlıq məqsədilə Əfqanıstana müşahidə missiyası göndərib.