Ermənistanda matəm elan olunub

Ermənistanda iyulun 15-i İranda baş vermiş təyyarə qəzasında ölənlərə görə matəm elan edilib

Ermənistanda iyulun 15-i İranda baş vermiş təyyarə qəzasında ölənlərə görə matəm elan edilib.

«Caspian» aviaşirkətinə məxsus TU-154 təyyarəsi Qəzvin şəhərində yerə düşüb və göyərtəsində olan 168 nəfər həlak olub. Təyyarə Tehrandan Yerevana uçurmuş.

Sərnişinlər arasında iki Gürcüstan vətəndaşı, 4 Ermənistan vətəndaşı və 31-i erməni əsilli olan İran vətəndaşları olub.

Ermənistan hökuməti qəzada ölənlərin ailələrinə yardım üçün xüsusi komissiya yaradıb.

Qəzada həlak olanların yaxınları Yerevan aeroportunda
İnsanlar yaxınlarını axtarır
Təyyarə qəzasını baş verdiyi ərazi