İraqda törədilmiş hücumlarda 5 adam ölüb

İraqda törədilmiş hücumlarda 5 adam ölüb

Onlardan üçü polisdi.

Yaraqlılar Bağdadın mərkəzində atəş açaraq 2 polisi öldürüblər.

Həmçinin atışma zamanı yaraqlılardan biri öldürülüb.

Mosulda yolda bomba partlaması nəticəsində isə 1 polis zabiti ölüb, 3-ü isə yaralanıb.

Həmçinin Mosulda yaraqlı bir dinc sakini güllələyib.