«Azərneftyağ» İstehsalat Birliyində yanğın olub

Ərazidə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları çalışırlar

İyulun 14-də Bakının Xətai rayonunda yerləşən «Azərneftyağ» İstehsalat Birliyində yanğın baş verib. Hadisə səhər saat 09.40 radələrində olub.

Ərazidə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları çalışırlar. Yanğının başvermə səbəbləri və nə qədər ərazini əhatə etməsi məlum deyil.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev «ANS»ə bildirib ki, yanğın zavodun 305-ci qurğusunda baş verib. Yanğının qarşısı alınıb, xəsarət alan yoxdur.