Almanlar Böyük Səhradan elektrik enerjisi gətirir

Almaniyanın RWE, Simens və E.On şirkətləri Böyük Səhrada əldə edəcəkləri günəş enerjisiylə Avropanın enerji tələbatının 15 faizini ödəyə biləcək layihəyə başlayıblar. Döyç Bankın və onlarla digər alman şirkətinin də iştirak elədiyi layihəyə görə, Afrikada Böyük Səhrada güzgülər və günəş batareyaları quraşdırılacaq və burda əldə ediləcək enerji Avropaya ötürüləcək. Çoxları bu layihəni xülya adlandırsa da, iyulun 13-də layihənin icrasıyla bağlı konsorsium yaradılıb. Layihənin dəyəri 400 milyon avrodur.