ABŞ-ın yüksək səviyyəli nümayəndə heyəti Qırğızıstandadır

Dövlət katibi yanında Siyasi Məsələlər üzrə idarənin rəhbəri William Burns-un rəhbərliyi ilə ABŞ-ın yüksək səviyyəli nümayəndə heyəti bu gün Qırğızıstana gedib. Burns bu gün prezident Kurmanbek Nakiyevlə görüşüb.

Nümayəndə heyətinin ikigünlük səfərinin əsas məsələsi Əfqanıstan və Mərkəzi Asiyada təhlükəsizlik, Əfqanıstanda anti-terror əməliyyatları və iki ölkə arasında iqtisadi və ticari əlaqələrin müzakirəsidir.

Bir qədər əvvəl Qırğızıstan ABŞ-ın qeyri-hərbi yüklərinin öz ərazisi ilə Əfqanıstana daşınmasına razılaşıb.