Təşkilat qeyd edir ki, Azərbaycanda jurnalistlər və vətəndaş cəmiyyətinin fəalları tez-tez hücumlara və fiziki zorakılığa məruz qalır «Sərhədsiz Reportyorlar» Təşkilatı Səbail rayon Məhkəməsinin iyulun 10-da Emin Milli və Adnan Hacızadə haqqında çıxardığı qərarı pisləyib. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 222.1 maddəsi ilə xuliqanlıqda ittiham olunur. «Sərhədsiz Reportyorlar» deyir ki, «hakim Rauf Əhmədov işə təcili olaraq yenidən baxmalıdır, çünki onları 2 ay saxlamaq düzgün deyil». Nəzər yetir: Təşkilat qeyd edir ki, Azərbaycanda jurnalistlər və vətəndaş cəmiyyətinin fəalları tez-tez hücumlara və fiziki zorakılığa məruz qalır. Azərbaycan «Sərhədsiz Reportyorlar» Təşkilatının 2008-ci ildə «Azadlıq İndeksi» siyahısında 173 ölkə arasında 150-ci yeri tutub. Gənclərin həbsi ilə bağlı şərhin varsa Forumda iştirak edə bilərsiniz |