Çerkizov bazarında çalışan qanunsuz miqrantlar küçədə qalıb

Rusiyanın Federal Miqrasiya Xidməti Çerkizov bazarının bağlanmasından sonra işsiz qalmış qanunsuz miqrantları müvəqqəti qeydiyyata götürməkdən imtina edib.

Bu barədə İnterfaks agentliyi idarənin nümayəndəsi Konstantin Poltoraninə istinadla xəbər verir.

Rusiyanın İctimai Palatası bundan əvəl Miqrasiya xidmətinə müraciət edərək işsiz qalmış miqrantların istisna hal kimi qeytiyyata götürülməsini xahiş eləmişdi.