Qarabağ ermənilərinin lideri bəyanat verib

Qarabağ ermənilərinin lideri Bako Saakyan

«Azərbaycan-Ermənistan danışıqlarında Dağlıq Qarabağ hakimiyyəti mütləq iştirak etməlidir». İyulun 10-da Qarabağ ermənilərinin lideri Bako Saakyan belə bəyanat verib.

O indiki danışıqlar formatını, yəni yalnız Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsini nəzərdə tutan formatı natamam adlandırıb.

Saakyan bildirib ki, Dağlıq Qarabağsız qəbul olunan istənilən qərar reallaşa bilməyəcək. Problemin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll olunması haqda isə Saakyan deyib ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi eləmək cəhdi qəbul olunmazdır.