Ombudsmanı polis idarəsində aldatdılar

Emin Milli və Adnan Hacızadə qolları qandallı polis idarəsinə gətiriliblər

İyulun 10-da Almaniyanın İnsan haqları üzrə müvəkkili Günter Nokke həbs edilmiş gənclər hərəkatı fəallarının vəziyyəti ilə maraqlanmaq üçün Səbail Rayon Polis İdarəsinə gəlib.

O, polis idarəsindən görüş keçirərkən ona həbs edilmiş gənclər - Emin Milli və Adnan Hacızadənin idarəyə gətirilməyəcəyi və onların vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Bundan sonra bəyanat verən cənab Nokke bildirib ki, gənclərin məhkəməsi bu gün günorta saatlarında olmalıdır.

Ancaq ombudsman polis idarəsindən getdikdən sonra Emin Milli və Adnan Hacızadə qolları qandallı idarəyə gətiriliblər.

Gənclər hərəkatı fəalları Emin Milli və Adnan Hacızadə iyulun 8-də paytaxtın «Livan» restoranında idmançı görkəmli şəxslərin hücumuna məruz qalıb. Polis onları 48 saat müddətinə saxlayıb.