Uyğur liderinə viza

Rəbiyə Kader

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan müraciət edəcəyi təqdirdə Çin uyğurlarının ABŞ-da sürgündə yaşayan lideri Rəbiyə Kaderə ölkəyə gəlmək üçün viza verəcəklərini açıqlayıb.

İtaliyada keçiriləcək G-8 zirvəsinə gedən Ərdoğan aeroportda jurnalistlərin məsələ ilə bağlı sualına belə cavab verib:

«Rəbiyə Kaderin viza tələbi ilə bağlı bizə hər hansı müraciət gəlməyib. Bu gün qəzetlərdə oxuduğuma görə, daha əvvəl müraciət edib. Tələbi olarsa, biz bu vizanı verərik».

Rəbiyə Kader iki gün əvvəl Türkiyənin NTV kanalına verdiyi müsahibədə daha əvvəl iki dəfə Türkiyənin Vaşinqtondakı səfirliyinə viza almaq üçün müraciət etdiyini, ancaq ona viza verilməsinin uyğun görülmədiyini bildirib.

HƏMÇİNİN OXU:

Uyğurlar kimdir və istədikləri nədir?