Soyqırım qurbanı olan müsəlmanların dəfninə hazırlıq gedir

İyulun 9-da Sarayevoda küçələrə toplaşan yüzlərlə insan siyqırım qurbanı olan 500 Bosniya müsəlmanının qalıqlarını daşıyan maşın karvanını müşahidə edib. Dəfn mərasimi şənbə günü olacaq.

Maşın karvanını müşahidə edənlər soyqırım qurbanlarının qohumları və Srebrenitsa qətliamından sağ çıxanlar olub.

1995-ci ildə Balkan müharibəsi vaxtı serb qüvvələri Srebrenitsa üzərində nəzarəti ələ keçirdikdən sonra 8 mindən çox Bosniya müsəlamnını qətlə yetiriblər. Bu, 2-ci dünya müharibəsindən bəri ən qanlı qətliam sayılır.

Beynəlxalq Ədalət Məhkəməsi və Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal bu qətliamı soyqırım kimi qiymətləndiriblər.