Vəkil məhkəmə tibb ekspertinin rəyinə şübhə edir

Vəkil İsaxan Aşurov

Gənclər hərəkatı fəalları Emin Milli və Adnan Hacızadənin barəsində məhkəmə tibbi eksperti rəyinin obyektivliyi şübhə altındadır. Bunu «Azadlıq» radiosuna Adnan Hacızadənin vəkili İsaxan Aşurov deyib.

O, bildirib ki, xəsarət alan gənclərə Səbail rayon məhkəmə tibb ekspertizası rəy verəcək. Vəkil bu rəyin obyektivliyinə inanmadığını deyib.

İyulun 8-də paytaxtın «Livan» restoranında Emin Milli və Adnan Hacızadə idmançı görkəmli şəxslərin hücumuna məruz qalıb.

İsaxan Aşurov deyir ki, Adnan Hacızadənin sifətində, gözünün altında və burun nahiyəsində şişlər var, Emin Millinin isə üzündə cızıqlar var, gözünün üstündə zədə yerləri görünür.

E.Milli və A.Hacızadə iyulun 8-də 48 saat müddətinə saxlanılıblar.

Həmçinin bax

Döyülən gənclər 48 saatlığa həbs olundu