Brayza danışıqlarda irəliləyiş olduğunu deyir

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlər çərçivəsində Yerevana gediblər.

Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Azadlıq Radiosunun müxbirinə prosesə nigbin yanaşdığını, danışıqlarda irəliləyiş olduğunu deyib.

Günün sonunda həmsədrlərin mətbuat konfransı gözlənilir.