Belarusun baş naziri Azərbaycana gəlir

İyulun 7-də Belarusun baş naziri Sergey Sidorski Azərbaycana səfər edəcəkdir. Səfər bir gün çəkəcək.

Azərbaycana Belarus nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı və ərzaq naziri Semyon Şapiro, ticarət naziri Valentin Çekanov, memarlıq və tikinti nazirinin müavini Anatoli Niçkasov, sənaye nazirinin müavini Gennadi Sviderski gələcəklər.