Prezident komadan ayılıb

İnquşetiyanın prezidenti Yunusbek Yevkirov komadan ayılıb və onun səhhəti sürətlə yaxşılaşır. Bu barədə İnquçetiya rəsmiləri məlumat veriblər.

İyunun 22-də Rusiyanın bu respublikasının rəhbərinə qarşı sui-qəsd olmuşdu. Yevkirov partlayışdan yaralı çıxıb, onun qardaşı və cangüdənləri isə həlak olub.