Yeni prezident iqamətgahı ətrafında evlərin sökülməsinə başlanıb

Yeni prezident iqamətgahı

Bakının Nərimanov rayonunun Xan Şuşinski küçəsində tikilən prezident iqamətgahı ərazisində yerləşən evlərin sökülməsinə başlanıb. Sakinlərin mənzillərinin içində olmasına baxmayaraq söküntü işlərinə ağır texnika cəlb edilib.

Polis jurnalistlərin işləməsinə imkan vermir. Ərazidə olan media işçiləri, o cümlədən «Azadlıq» radiosunun əməkdaşı Durna Səfərli polis təzyiqi ilə üzləşib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, görünür əraziyə jurnalistləri buraxmamaq üçün orada olan polislərə tapşırıq verilib.

Hadisə yerinə millət vəkili Əkrəm Əylisli və hüquq müdafiəçisi Arzu Abdullayeva da gəlib.

Həmçinin bax:


Prezident iqamətgahının tikintisi qalmaqal yaratdı (VİDEO)

Prezidentə yeni iqamətgah tikilir