Maykl Ceksonla vida mərasimi iyulun 7-də olacaq

Maykl Cekson ötən həftə 50 yaşında ürək tutmasında ölüb

ABŞ prezidenti Barak Obama pop kralı Maykl Ceksonun musiqiləri altında böyüdüyünü etiraf edib.

«Associated Press»ə müsahibəsində Obama Ceksonu ABŞ tarixində ən populyar estrada artisti adlandırıb. B.Obama son illər pop starı izləyən çoxsaylı qalmaqallara görə onun şəxsi həyatının «faciəvi» olmasından da təəssüfləndiyini bildirib.

Maykl Cekson ötən həftə 50 yaşında ürək tutmasında ölüb.

Bu arada Maykl Ceksonun ailəsi pop kral ilə vida mərasiminin iyulun 7-də Los-Ancelsin mərkəzində «Staples Center»də olacağını açıqlayıb.

Artıq onunla vida mərasiminin keçiriləcəyi yer bəlli olsa da, qohumları Maykl Ceksonun harada basdırılacağı ilə bağlı qərara gəlməyiblər.