Rus əsgər Gürcüstandan siyasi sığınacaq istəyir

Gürcüstan mətbuatı Rusiya əsgərlərindən birinin separatçı Cənubi Osetiyada hərbi mövqeni tərk edərək Gürcüstan tərəfə qaçıb və indi Tbilisidən siyasi sığınacaq istəyir.

Rustavi – 2 televiziyasının müxbiri ilə söhbətində qaçmış əsgər Dmitri Artemyev bildirib ki, hərbi hissədə komandirləri onunla pis davranıb.

Rusiya rəsmiləri Fransanın AFP agentliyinə əsgərin qaçdığını təsdiqləyib. Onlar əsgərin fərrarilikdə ittiham olunduğunu bildiriblər.