Sonuncu Amerika əsgəri Bağdadı tərk etdi

İraq təhlükəsizlik qüvvələrinin Əl-Nəcəf şəhərində paradı, 30 iyun 2009

İraq təhlükəsizlik qüvvələrinin Əl-Nəcəf şəhərində paradı, 30 iyun 2009

Amerika qoşunlarının İraq şəhərlərindən çıxarılması iyunun 30-da başa çatdırılmalıdır. Ölkələr arası təhlükəsizlik müqaviləsinə görə bütün xarici qüvvələr İraqı 2012-ci ilədək tərk etməlidir.

İraq qüvvələri ölkə boyunca şəhər və qəsəbələrdə nəzarəti ələ alıb. Amerika ordusunun İraqa müdaxiləsindən 6 il sonra ABŞ qüvvələri şəhərləri tərk etməyə başlayıb.

İyunun 29-da iraqlılar ABŞ əsgərlərinin şəhərlərindən çıxmasını təntənə ilə qeyd ediblər.

İraqın Xarici İşlər naziri Hoşiyar Zebari İraq qüvvələrinin ölkədə təhlükəsizliyi təmin edə biləcəyinə inandığını deyib.

ABŞ hərbçiləri İraqdan tamamilə 2011-ci ilin sonunadək çıxmalıdır. Yalnız təlim və məşvərətçilərdən ibarət kiçik bir qrup şəhərlərdə qalacaq.

Bu ay İraqda partlayışlar zamanı azı 200 nəfər ölüb.