İtaliyada qəza zamanı azı 10 nəfər ölüb, 50 yaralı var

İtaliyada yük qatarının qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb, 50 yaralı var.

Onlardan 37-nin vəziyyəti ağırdır. Hadisə iyunun 30-u səhər Viareggio liman şəhərində baş verib, qatar relsdən çıxıb və qazla dolu çənlərdən ikisində partlayış olub.

Alov sürətlə küçələrə və evlərə yayılıb.

Rəsmilər hadisənin səbəblərini araşdırır.