NATO ilə Rusiya əməkdaşlığı bərpa edirlər

Rusiyayla NATO hərbi əməkdaşlığı bərpa eləmək razılığına gəliblər.

Bu barədə NATO-nun baş katibi Yap de Hoop Sxeffer Yunanıstanda Rusiyanın xarici işlər naziri Sergey İvanovla görüşdükdən sonra bildirib.

Görüş ATƏT-in bu ölkədə keçirilən qeiri-rəsmi toplantısı çərçivəsində baş tutub.

Bu ötən ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra tərəflər arasında ilk yüksək səviyyəli görüşdü.

NATO Gürcüstan münaqişəsinə görə Rusiyayla münasibətləri dondurmuşdu.