Bağdadda partlayış olub, 9 nəfər ölüb

İraqın paytaxtı Bağdadda partlayış olub, azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb.

Polisin dediyinə görə, bomba şəhərin mərkəzindəki bazarda partladılıb.

Son günlər Bağdadda partlayışlar nəticəsində 100-ə yaxın adam həlak olub.