«ABŞ Şimali Koreyadan gələ biləcək təhlükəni qarşılamağa hazırdır»

ABŞ prezidenti Barak Obama deyib ki, Amerika silahlı qüvvələri Şimali Koreyadan gələ biləcək hər hansı raket təhlükəsini qarşılamağa hazırdır. Obama bildirib ki, o cavab olaraq hərbi əməliyyat aparılacağını nəzərdə tutmur.

Mayın 25-i nüvə sınağı keçirən Şimali Koreya növbəti dəfə Havay adalarına ballistik raket buraxmağa hazırlaşır. Şimali Koreya BMT-nin sərt sanksiyalarına baxmayaraq bu addımı atacağını bildirib.