Klicko yenidən çempion oldu

Ukraynalı boksçu Vladimir Kliçko Beynəlxalq Boks Federasiyası və Ümumdünya Boks Təşkilatı versiyasında yenidən ağır çəkidə çempion olub.

Kliçko 9-cu raundda Özbəkistandan olan rəqibi Ruslan Çaqaev üzərində texniki qələbə qazanıb.

Almaniyanın Veltins Arenasında keçirilmiş görüşə 60 mindən çox tamaşaçı gəlib.

Bundan başqa qarşılaşma dünyanın 114 ölkəsinə translasiya edilib.