Uqo Çaves Belarusa gedəcək

Venesuela prezidenti Uqo Çaves avqustda Belarusa getməyi planlaşdırır.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə bu ölkənin vitse-prezidenti və müdafiə naziri Ramon Karrisaleslə görüşdə deyib.

Lukaşenkonun sözlərinə görə o Uqo Çaveslə telefon söhbəti zamanı neft istehsalıyla bağlı birgə layihə başda olmaqla, iqtisadi və siyasi əməkdaşlıq məsələsini müzakirə ediblər.