Əfqanıstanda 2 Amerika əsgəri ölüb

Əfqanıstandakı Amerika bazasının atəşə tutulması nəticəsində 2 Amerika əsgəri həlak olub,6-sı isə yaralanıb.

Yerli mənbələrin məlumatına görə bu gün səhər Baqram bazasının yerləşdiyi əraziyə iki raket atılıb.

Hakimiyyət hesab edir ki, bu talibançılarin işidi.

Bu baza Kabilin 40 kilometrliyində yerləşir.