Yol hərəkəti qaydaları sərtləşdiriləcək

Adamlar yolu yenə də haradan gəldi keçirlər

Milli Məclisin sədri Oqtay Əsədov deyir ki, artıq Daxili İşlər Nazirliyində bu istiqamətdə işlər aparılır: «Mən özüm də hesab edirəm ki, bu qaydalar sərtləşdirilməlidir».

Bunu O.Əsədov deputat Elmira Axundovanın Milli Məclisin iyunun 19-dakı növbədənkənar iclasında yol hərəkəti qaydalarına dəyişiklik edilməsi barədə təklifinə cavab olaraq deyib.

Elmira Axundova hesab edir ki, sürətli yollarda keçidlər düzəldilməsinə baxmayaraq, adamlar yolu yenə də haradan gəldi keçirlər. Deputatın sözlərinə görə, belə piyadalar üçün cərimələr artırılmalıdır:

«Həmçinin əgər belə yollarda qəza olarsa, sürücü cinayət məsuliyyətinə cəlb olunmamalıdır».

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda yol mədəniyyəti