Naxçıvan Azərbaycanda insan alverinin əsas mərkəzidir

Amnesty İnternational təşkilatı fəalları insan alverinə etiraz edirlər

Amerikanın Dövlət Departamenti insan alverinin vəziyyəti haqda 173 ölkə üzrə illik hesabatını hazırlayıb.

Hesabatda deyilir ki, Azərbaycan insan alverinin mənbəyi, tranzit və daşınma ölkəsi olaraq qalır.

Azərbaycandan qadın və uşaqlar cinsi istismar üçün Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə aparılır. Gənclər və kişilər isə Rusiyaya aparılaraq əmək istismarına məruz qalırlar. Bu ölkədən insanlar cinsi istismar üçün həmçinin İrana və Pakistana da aparılır.

Moldova, Özbəkistan və Qazaxıstandan Türkiyəyə insan alverinin qurbanlarının daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə edilir.

Hesabata əsasən insan alverinin tranzit nöqtəslərindən biri də Naxçıvan Muxtar Respublikasının ərazisidir, adamların Azərbaycandan Türkiyəyə aparılması buradan həyata keçirilir.

Hesabatda deyilir ki, Azərbaycan hökuməti insan alverinin qarşısını almaq cəhdləri etsə də, bunun qarşısını ala bilmir. Hökumət bu cür halların araşdırılması, məhkəməyə cəlb edilməsi və cəzalandırılması üçün kifayət qədər iş görməyib.

Hesabatda Azərbaycana insan alveri ilə məşğul olanlara təzyiq göstərilməsi üçün qanunu gücləndirməyi tövsiyə edilir.