İran seçkiləri: «Sizə ondan da gülməlisini deyim»

Mir Hüseyn Musəvi və xanımı Zahra Rahnavard - Tehran, 12 İyun 2009

İranın məşhur ideoloqu Ayətulla Şəriətmədarinin oğlu, hazırda Almaniyada yaşayan Həsən Şəriətmədari İranda baş verənlərlə bağlı «Azadlıq» radiosuna müsahibə verib:

- Rəsmi nəticələrə görə, Əhmədinejad İran Azərbaycanında, Təbrizdə azərbaycanlı Musəvini məğlub edib. Bu, ola bilərmi?

- Sizə ondan da gülməlisini deyim. Rəsmi nəticələrə görə, guya Şəbistərdə və Xamnedə (harda ki, Musəvi anadan olub) də Əhmədinejad Musəvini udub.

- İndi Musəvi tərəfdarları küçələrə çıxıb. Bunun axırı necə olacaq?

- Gərək Musəvi ona verilən səsləri müdafiə etmək üçün möhkəm dayana. Onda nəsə dəyişmək olar. Ancaq bu, çətin olacaq.

- Bəs ola bilərmi ki, hökumət zorla seçkinin nəticələrini qəbul etdirə?

- Bu, külün altında od saxlamağa bənzəyəcək. Hökumət bunu etsə, bu, ölkə üçün çox təhlükəli yol olacaq.