Səfər Əbiyev ermənistanlı həmkarı ilə görüşüb

Brüsseldə səfərdə olan Azərbaycan müdafiə naziri Səfər Əbiyev Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb.

Məlumatı «Armtoday» saytı yayıb. Xəbərə görə, görüş NATO-nun Avroatlantik Tərəfdaşlıq Şurasının müdafiə nazirlərinin iclası çərçivəsində baş tutub. Görüşün təfərrüatları barədə məlumat verilməyib.