İranda prezident seçkiləri başladı

Əhmədinejadın rəqibləri onun ölkə iqtisadiyyatını korlamaqda ittiham edirlər

İranda iyunun 12-i prezident seçkiləri keçirilir. Seçkidə dörd namizəd mübarizə aparır.

Onlardan biri də əvvəlki prezident Mahmud Əhmədinejaddır. Onun əsas rəqibinin keçmiş baş nazir Mirhüseyn Musəvi olduğu hesab edilir.

Əhmədinejadın rəqibləri onun ölkə iqtisadiyyatını korlamaqda ittiham edirlər.

Analitiklərin fikrincə Əhmədinejadı daha çox kasıb kənd əhalisi müdafiə edir.