Medvedev Çernomırdini Ukraynadakı səfir vəzifəsindən çıxartdı

Rusiya prezidenti Dmitri Medvedev Viktor Çernomırdini Rusiyanın Ukraynadakı səfiri vəzifəsindən azad edib.
Prezidentin bu barədə yazılı bəyanatında 2001-ci ildən Ukraynada səfir olan Çernomırdinin istefaya niyə göndərilməsinin səbəbi göstərilmir.
Ancaq son vaxtlar qaza görə Rusiya ilə Ukraynanın münasibətləri gərginləşib.
Çernomırdini Medvedev özünün müşaviri vəzifəsinə təyin edib.