Böyük 8-liyin sammitinə qarşı terrorun qarşısı alınıb

İtaliya polisi 6 şübhəli şəxsi həbs edib. Onlar Böyük 8-liyin sammitinə qarşı terror hazırlamaqda ittiham olunurlar.
Bu sammit iyulun 8-10-u İtaliyada keçirilməlidir.
İtaliya mediasının məlumatına görə tutulanlar solçu terror şəbəkəsinə aiddirlər.