Obama «Holokost» muzeyinə hücumdan sarsılıb

ABŞ prezidenti Barak Obama Vaşinqtonda Holokost Memorial Muzeyinə silahlı hücumdan «sarsıldığını və kədərləndiyini»bildirib.

Obamanın yazılı müraciətində deyilir ki, bu hadisə «anti-semitizm və möhfümatın bütün formalarına qarşı ayıq-sayıq» olmağın lazım gəldiyini bir daha xatırladır.

Silahlı hücum iyunun 10-da baş verib. Atışma zamanı muzey mühafizəçilərindən biri ölüb, hücum edən şəxs isə yaralanıb.

Silahlının irqçi təşkilatları ilə əlaqələrinə görə tanınan 88 yaşlı Ceyms von Brun olduğu bildirilir.