Barak Obama bu gün Vaşinqtona dönüb

ABŞ prezidenti Barak Obama Fransaya səfərini başa vuraraq bu gün Vaşinqtona dönüb.

O son saatlarını Parisdə ailəsiylə birlikdə gəzintidə keçirib.

Barak Obama dünən müttəfiq qoşunların ikinci dünya müharibəsinin sonlarında Fransanın şimalına girməsinin 65 illiyiylə bağlı keçirilmiş mərasimdə iştirak edib.

ABŞ prezidenti Fransadan əvvəl Almaniya, Misir və Səəduyyə Ərəbistanında olub.