Almaniya sakini 1 dəqiqəyə 111 qadını öpüb

Almaniyadan olan 31 yaşlı Maykl Bastinq sürətlə öpməkdə yeni dünya rekordu vurub.

DPA agentliyinin məlumatına görə o Berlindəki diskotekalardan birində 1 dəqiqə ərzində 111 qadının yanağından öpüb.

Beləliklə o Avstraliya sakininin vurduğu əvvəlki rekordu təzələyib.

Bastinq Ginnesin rekordlar kitabına düşəcək.