Çində yanğında 24 nəfər ölüb

Çində avtobusda baş verən yanğın zamanı 24 nəfər ölüb, 44 yaralı var. Hadisə ölkənin cənub-qərbindəki Çandu şəhərində baş verib.

Hökumət ölənlərin artacağını istisna etmir.

Hələ ki, yanğının səbəbləri məlum deyil.

Hər il Çində yol qəzalarında 100 minə qədər insan həlak olur.