Şimon Peres iyunun 28-də Azərbaycana gələcək

İsrail prezidenti Şimon Peres iyunun 28-də Azərbaycana gələcək.

Turanın məlumatına görə bunu İsrailin baş nazir müavini və ölkənin xarici işlər naziri Aviqdor Liberman iyunun 3-də Moskvada bildirib.

Peresi səfər zamanı İsrail iş adamlarından ibarət nümayəndə heyəti müşaiyət edəcək.